Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar backend

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar olub.

"Report" xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Teymur Əhmədov İdarənin müdir müavini vəzifəsinə təyin edilib.

Bu təyinata qədər T.Əhmədov BŞTİ-nin hüquq sektorunun müdiri vəzifəsində çalışıb.

Təhsil nazirinin digər əmrlərinə əsasən, Anar Mustafazadə keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin olunub.

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinə də yeni təyinat olub. Belə ki, İlkin Həsənov Mərkəzin direktoru vəzifəsinə təyin edilib.
Diaspora