Tanınmış jurnalistin oğlu dünyanın 1 nömrəli Universitetinə qəbul oldu - FOTO

Tanınmış jurnalistin oğlu dünyanın 1 nömrəli Universitetinə qəbul oldu - FOTO backend

Tanınmış jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov nüfuzuna görə dünyanın 1 nömrəli universiteti olan Massachusetts İnstitute of Technology - Massaçusets Texnologiyalar İnstitutuna (MİT) daxil olub.

Bakupost.az xəbər verir ki, dəfələrlə respublika və beynəlxalq fənn olimpiadalarının qalibi olan A.Namazov İnstitutun bakalavr pilləsində təhsilini davam etdirmək üçün bu gün ABŞ-a yola düşür.

Abutalıb 2020-ci ilin yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanıb.

Qeyd edək ki, MİT Massachusetts ştatının Boston ərazisinin Kembric şəhərində yerləşən kiçik özəl məktəbdir. Bakalavr tələbələrinin sayı 4 510 nəfərdir. Bu universitetdə təhsil haqqı 53,790 dollardır. Qəbul olunma dərəcəsi 7 faizdir. Kompyuter elmləri, Mexaniki mühəndislik və Riyaziyyat ən populyar ixtisasıdır. Tələbələrinin Universiteti bitirmə faizi 94-dür. Bu Universiteti bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88 200 dollarıdır. ABŞ-ın 1 nömrəli kompyuter elmləri məktəbi bu institut hesab olunur. MİT Quacquarelli Symonds (QS) 2019-20-ci il reytinqində dünya üzrə 1-ci, Times Higher Education 2020 reytinqində dünya üzrə 5-ci yerdədir.

Diaspora