Azərbaycanda fevralın 8-dən dərnək məşğələlərinin ənənəvi formada keçirilməsi bərpa olunur.
Qazilər.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.