Məhəbbət Vəliyevanın vəzifəsindən çıxarılmasının səbəbi məlum olub - YENİLƏNİB

Məhəbbət Vəliyevanın vəzifəsindən çıxarılmasının səbəbi məlum olub - YENİLƏNİB backend

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva işindən azad edilib.

Məhəbbət Vəliyevanın Təhsil nazirinin müavini vəzifəsindən çıxarılmasının səbəbi məlum olub.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, M. Vəliyeva 25 dekabr 2020-ci il tarixindən öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

***

11:23

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva işindən azad edilib.


APA-nın məlumatına görə, M.Vəliyevanın adı Nazirliyin strukturundan da çıxarılıb. Təhsil Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, 2015-2018-ci illərdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışan Məhəbbət Vəliyeva 29 iyun 2018-ci ildən Təhsil nazirinin müavini təyin edilmişdi.
Diaspora