“Distant təhsil hazırda bizim müəyyən mənada edəcəyimiz seçimdir. Çalışırıq ki, daha çox şagirdin təhsilinin davamlılığını təmin edək”.
Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.Onun sözlərinə görə, böyük summativ qiymətləndirmədə 20 suallıq tapşırıqlara 20 dəqiqə vaxtın verilməsi doğru deyil:
“Distant formada aparılan qiymətləndirmə zamanı sualların cavablandırılmasına 60 dəqiqə müddət verilir. Bu müəyyən olunan normadır. Xahiş edirəm ki, müəllimlər bu məsələni ciddi nəzərə alsınlar”.