“Hər açılmadan sonra 14 gün ərzində müəyyən olunur ki, bu, yoluxmaya daha çox səbəb olur, yoxsa yox”.
APA-nın məlumatına görə, bunu media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda keçirilən onlayn seminarda Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.Onun sözlərinə görə, fevralın 1-də əyani dərslər bərpa olunandan sonra xeyli sayda hərəkətlilik yaranacaq, çünki şagirdlər dərsə valideynləri ilə gedirlər. Şəhərdaxili hərəkətlilik çoxalacaq: "Bu səbəbdən 14 gün ərzində yoluxma kritik həddə çatsa, V-IX siniflərdə dərslərin açılması yubanacaq, amma vəziyyət stabil olacaqsa, onlar üçün də dərslər açılacaq.