Nazir qalmaqallı direktor barədə elə sözlər dedi ki...

Nazir qalmaqallı direktor barədə elə sözlər dedi ki... backend

Adətən bir proses bitəndə onun qiymətləndirilməsi çox vacibdir. Məsələn, sosial şəbəkələrdə hansısa məktəb direktorunun problemli videoları yayılır. Nazirlik üçün bu, həmin direktorla olan əmək fəaliyyətinə xitam verilən günlə bitmir.

Qazilər.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Xəzər" Televiziyasında yayımlanan "Vaxt gəldi” proqramında çıxışında deyib.

Nazir bildirib ki, başqa vacib məsələ var və bu, cəmiyyət üçün də vacib olmalıdır:

"Biz sual verməliyik - necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm - bu, vacib sualdır. Biz səhvmi etdik o direktor oldu?! Yoxsa bu, sadəcə sistemdə baş verə bilən 100 haldan biridir ki, bu indi təsadüf oldu. Və ya o, 10-15 il necə direktor işləyib.

Bütün "necə oldu" suallarının qiymətləndirilməsi və təkrar olaraq eyni səhvlərin buraxılmaması vacib məsələdir”.

Axar.az
Diaspora