"İlin bu vaxtında şagirdlərin qiymətləndirilməsi zamanı sinifdə qalmaq ehtimalı yoxdur. Sinifdə qalma tədris ilinin sonunda müəyyən olunur. Hazırda şagirdlərin yarım illik qiymətləndirilməsi müəyyən edilir”.
Qazilər.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə ilə bağlı danışarkən bildirib.O qeyd edib ki, indi biliyi qiymətləndirilməsə və ya "4” və daha çox fəndən "2” alsa, həmçinin eyni hal ikinci yarımilin sonunda da təkrar olunsa, şagird sinifdə qalacaq. Qiymətləndirmənin nəticəsindən narazı qalan şəxslər növbəti qiymətləndirmədə iştirak edə bilərlər. Bu da gələn ay üçün nəzərdə tutulub:
"Əyani və distant təhsil mümkün olmayıbsa, bu ilin birinci yarım ilində teledərslər, dərsliklər var idi. Teledərslər vasitəsilə şagirdlər dərin bilik qazanmasa da, zəruri olan minimal bilikləri əldə etmək mümkün idi. Digər tərəfdən də, dərsliklər hər bir şagird üçün əlçatandır”.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, müvəqqəti qaydalara əsasən, qiymətləndirməni hər bir fənn müəllimi özü hazırlayır. Bu inşa da ola bilər, tapşırıqlar formasında da aparıla bilər.