Qiymətləndirmədən keçən şagirdlərə iki dəfə qiymət yazılacaq

Qiymətləndirmədən keçən şagirdlərə iki dəfə qiymət yazılacaq backend

“Qiymətləndirmədə hər bir fənn müəllimi sualları özü hazırlayır. 100 ballıq şkalaya uyğun sual sayı təyin edilə bilər”.

“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə” mövzusunda danışarkən deyib.

Şöbə müdirinin sözlərinə görə, jurnalda qiymət iki dəfə yazılacaq: “Bunun biri summativ qiymət, digəri isə yarımilliyin qiyməti olacaq. İlin sonu üçün sinifdə qalmaq məsələsi müəyyən olunur. Bu gün üçün verilən qərarla yalnız yarımilliyin qiyməti təyin olunur”.
Diaspora