Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? - AÇIQLAMA

Məktəblər ikinci yarımilin əvvəlində açılacaqmı? - AÇIQLAMA backend

Bu gün təhsil prosesində təmsil olunan hər kəsi məktəblərdə və universitetlərdə ənənəvi təhsil formasının sərt karantin rejimi yumşaldıqdan sonra yenidən başlayıb-başlamayacağı maraqlandırır.

Qazilər.az xəbər verir ki, bu məsələni aydınlaşdırmaq məqsədi ilə Media.Az Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovla əlaqə saxlayıb.

O bildirib ki, bu günlərdə nazir Emin Əmrullayevin iştirakı ilə Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə bütün bu məsələlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

“Nazirliyin hansı qərara gəldiyi hələlik məlum deyil, lakin bu nəticəyə gəlmək olar ki, tədris ilinin əvvəlində - sentyabr və oktyabr aylarında tətbiq edilən hibrid təhsil formasının davam edəcəyi ehtimalı daha böyükdür.

Bu təhsil forması həm təhsil müəssisələrinə getməyi, həm də virtual təhsil almanı özündə birləşdirir. Ehtimal etmək olar ki, məktəblər və universitetlər, ilk növbədə, qapılarını ibtidai sinif şagirdlərinə və birinci və ikinci kurs tələbələrinə açacaqlar.

Eyni zamanda Təhsil və Səhiyyə Nazirliyi təhsil prosesinin təşkilini yaxından izləyəcəklər”, - deyə Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri bildirib.

İctimai Şuranın sədrinin fikrinə görə, bütün qərarlar epidemioloji vəziyyət, tələbələr və müəllimlər üçün potensial risklər nəzərə alınmaqla balanslaşdırılmış şəkildə qəbul edilməlidir.

“Axı sağlamlıq və təhsil kimi dəyərləri müqayisə etsək, təbii ki, birincisi prioritet insan sağlamlığıdır.Ənənəvi təhsilə erkən keçid üçün heç kim gələcək nəslimizin sağlamlığını qurban verməz. Ənənəvi təhsil formasının onlayn dərslərə nisbətən daha çox üstünlüklərə malik olduğunu başa düşürük. 45 dəqiqəlik dərs prosesinin 30 dəqiqə ilə əvəz edilməsini müqayisə edək. Lakin vacib olan məqam tələsməməkdir və məsələyə məsuliyyətlə yanaşmaqdır, vətəndaşların isə Təhsil Nazirliyinin qərarlarına anlayışla yanaşması lazımdır”, - Ş.Əsgərov fikrini tamamlayıb.
Diaspora