Azərbaycanda bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar

Azərbaycanda bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar backend

Azərbaycanda yüksək texniki peşə təhsili almış şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər.

Qazilər.az bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilib.

2020-2021-ci tədris ilində ilk dəfə olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Nəqliyyat vasitələrinin texniki istismarı”, “Kompüter sistemlərində proqram təminatı” ixtisasları üzrə yüksək texniki peşə təhsili səviyyəsinə qəbul həyata keçirilib. Təhsil müddəti 3 il olan bu tədris proqramlarında təhsil alan tələbələr subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və təhsilini müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər.

Qeyd edək ki, növbəti tədris ilindən etibarən yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul aparılacaq ixtisasların sayının artırılması nəzərdə tutulur. Yüksək texniki peşə təhsili ümumilikdə peşə təhsilinin nüfuzunu artırmağa xidmət etməklə yanaşı, təhsil pillələri arasında keçid imkanını da təmin edəcəkdir.
Diaspora