“Tarixi qələbədən sonra yeni dərsliklər hazırlanacaq. Burada təhsilin məzmunu bir neçə istiqamətdə dəyişəcək”.
Qazilər.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında bildirib.Onun sözlərinə görə, ilk istiqamət dərsliklərin mahiyyəti və əhval-ruhiyyəsi məsələsidir:
“Bu günə kimi təhsilimizin, müəllimlərimizin qarşısında duran əsas məsələ ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşını torpaqların işğaldan azad edilməsinə hazırlayaq. Bu missiya müəyyən mənada uğurla yerinə yetirilib.
Qısa müddətdə ərzində Vətən Müharibəsi ilə bağlı materialların məktəblərə çatdırılması planlaşdırılır. Növbəti yarımildə bununla bağlı məzmununda dəyişiklik ediləcək”.
“Dərsliklərdə torpaqlarımızın işğal olunma və işğaldan azad olunma tarixləri və dövlətimizin uğurlarını hər kəsə çatdırmalıyıq”, - deyə o qeyd edib.