Təhsil naziri: "İstifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək"

Təhsil naziri: "İstifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək" backend

Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb.

"Report" xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, aidiyyəti orqanlarla birgə testlər aparılıb:

"Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Artıq istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək".

"Növbəti iki həftədə təhsili onlayn qaydada həyata keçirəcəyik", - nazir əlavə edib.
Diaspora