Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 36 nömrəli tam orta məktəbin 11a sinfinin bütün məzunları ali məktəblərə qəbul olunublar.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, 11a sinfini bitirən 22 məzunun hamısı 2019-2020-ci dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb. Şagirdlər bu ada buraxılış və qəbul imtahanlarında yüksək bal toplamaqla nail olublar.