"Qəbul planında 2019-cu il üzrə V qrupa 3 581 plan yeri ayrılmışdı. Bu il isə plan yeri 3 714 nəfərdir. Yəni 133 yer artırılıb".
Qaziler.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev deyib.Onun sözlərinə görə, bu il V qrupda bəzi ixtisaslarda qabiliyyət imtahanlarının ləğv olunması bu qrupa marağı daha da artırıb.