Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi ilə bağlı qaldırılan bir sıra sualları cavablandırıb.
APA bildirir ki, nazirin suallara video cavabı nazirliyin Facebook səhifəsində yerləşdirilib. Emin Əmrullayev qeyd edib ki, hər bir şərhə cavab yazmaq imkanı məhdud olduğundan məsələlərə qısa video formatında münasibət bildirmək qərarına gəlib.Nazir qeyd edib ki, bu il 8322 vakansiya elan edilib ki, bu da ötən ildəkindən 14 faiz çoxdur.
Nazirin bu mövzu ilə bağlı video formatında münasibətini diqqətinizə çatdırırıq: