Ali məktəblərə yerləşdirmə sentyabrın 20-dən sonra aparılacaq

Ali məktəblərə yerləşdirmə sentyabrın 20-dən sonra aparılacaq backend

“Bu ay daha iki imtahan keçiriləcək. Onlardan biri müxtəlif səbəblərdən buraxılış imtahanında iştirak etməyən şagirdlər üçün olacaq. Digəri isə sentyabrın 18-də rezidentura səviyyəsinin ikinci mərhələsi üçün olan imtahan olacaq”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, builki imtahanlarla əlaqədar 400 minə yaxın insana xidmət göstərilib. M.Abbaszadə qeyd edib ki, sentyabrın 20-dən sonra ali məktəblər üçün ümumi yerləşdirmə aparıla biləcək: “Bundan sonra universitetlərə sənədlərin verilməsi başlayacaq”.
Diaspora