Avtobus sürücüsü işlədiyi deyilən direktora töhmət verildi

Avtobus sürücüsü işlədiyi deyilən direktora töhmət verildi backend

Avtobus sürücüsü işlədiyi ilə bağlı sosial şəbəkələrdə şəkli yayılan Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə töhmət verilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Müəllimlərin etik davranış Qaydaları"nı pozduğuna görə Saatlı rayonunun Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyi məlumat yayaraq həmin şəxs “BakuBus” MMC-də işləmir. O, bunu paylaşım xatirinə etdiyini bildirmişdi.
Diaspora