“Tədris ili başlayanda qarşıma məqsəd qoymuşdum ki, 700 bal toplayım. Çox çalışdım və məqsədimə nail oldum. Artıq imtahanlardan sonra təsəvvür var idi ki, yüksəl bal gələcək. Sevincliyəm”.
Bunu Azvision.az -a açıqlamasında III ixtisas qrupu üzrə qəbul imtahanlarında 700 bal toplayan abituriyent Kərimli Əziz İlham oğlu deyib.Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu olan Ə.Kərimli imtahanda maksimum nəticə göstərəcəyinə əmin olduğunu söyləyib.
O, bir çoxları kimi pandemiya dövründə tədris zamanı çətinliklərlə üzləşdiyini qeyd edib: “Məktəblərin bağlanmasından sonra ilk dövrlərdə distant və onlayn tədris zamanı çətinlik yaranmışdı. Ənənəvi formada, canlı ünsiyyətlə tədrisin davam etməsi bir çoxları üçün əlverişli idi. Lakin bir neçə dərsdən sonra bu formada davam etmək əlverişli oldu. Çünki vaxt itirmirdik. Müəllimlərimiz bizimlə onlayn formada təmasda olurdu. Bu formada davam etmək problem deyildi”.
Ə.Kərimli sənədlərini ADA-nın Hüquqşunaslıq fakültəsinə verəcəyini deyib.