Uşaqların koronavirusa yoluxma faizi çox aşağıdır".
Yenisabah.az xəbər verir ki, bunu nazirin müşaviri Rüstəm Ağayev deyib.O uşaqların koronavirusa yoluxma faizinin çox aşağı olduğunu bildirib:
"Dünyada uşaqlarda virusa yoluxma 1-2 faizdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə 12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil. Bu məsələ valideynin səlahiyyətinə buraxılır. 12 yaşdan yuxarı şəxslərin isə maska taxması tövsiyə olunur".