Magistraturaya boş qalan yerlərə qəbul elan edildi

Magistraturaya boş qalan yerlərə qəbul elan edildi backend

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi elan edib.

Mərkəzdən bildirilib ki, boş qalan yerlərə qəbul 23 fevral 2020-ci il tarixində keçi­rilən qəbul imtahanında toplanan ballar əsasında müsabiqə yolu ilə aparılır.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 31 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
Diaspora