Təhsil Nazirliyi məktəblərdə rəhbər vəzifələrdə işləyən şəxslərin, eləcə də psixoloqların iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilib-bilməyəcəyinə aydınlıq gətirib.
Qazilər.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsi müəllimlər üçün keçirildiyindən, direktorlar, direktor müavinləri, psixoloqlar və s. iş yerinin dəyişdirilməsi barədə müraciət edə bilməz:
“Direktor müavinlərinin iş yerinin dəyişdirilməsi proseduru yoxdur. Bununla bağlı mərkəzləşdirilmiş qaydada tənzimlənən bir mexanizm mövcud deyil. Məsələn, direktor müavini kimi yerini dəyişdirmək istəyənlərin yerli təhsil idarəetmə orqanlarına müraciət etməsi lazımdır”.
Trend.az