“Həftəsonları keçiriləcək buraxılış imtahanları narıncı zonada olacaqsa, onların vaxtının dəyişdirilməsi ilə bağlı qərar veriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.Sədr bildirib ki, digər bölgələrdə isə imtahanlar keçiriləcək:
“Bu məsələ təkliflərdə qeyd edilib. Sabah daha dəqiq məlumat veriləcək”.