İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin vaxtı açıqlandı

İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsinin vaxtı açıqlandı backend

“İllik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsi 20-29 avqustda olacaq. Burada hüquqi bir zərurət var ki, iyun ayından avqustun 20-nə qədər müəllimlər məzuniyyətdə olurlar”.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

O deyib ki, digər tərəfdən, şagird müraciətlərini məktəb tam toplamalı və bir plan hazırlamalıdır:

“Elə məktəb ola bilər ki, heç kim müraciət etmir, eləsi də var ki, kifayət qədər müraciət olur. Planlaşdırma üçün ən yaxşı vaxt məhz 20-29 avqust nəzərdə tutulub”.
Diaspora