Kollec diplomu alanlar üçün bu iki imtahan keçirilməyəcək - YENİ QƏRAR

Kollec diplomu alanlar üçün bu iki imtahan keçirilməyəcək - YENİ QƏRAR backend

Nazirlər Kabineti “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”na dəyişikliklər edib.

Trend-in məlumatına görə, indiyədək orta ixtisas təhsili üzrə təlim proqramını (kurikulumu) mənimsəmiş, aralıq və dövlət buraxılış imtahanından müvəffəq qiymət almış tələbələrə ixtisas dərəcəsi və həmin pilləni bitirməsi haqqında diplom verilirdi.

Qərara edilən dəyişikliyə əsasən, orta ixtisas təhsili üzrə təlim proqramını (kurikulumu) mənimsəmiş tələbələrə ixtisas dərəcəsi və həmin pilləni bitirməsi haqqında diplomun verilməsi üçün aralıq və dövlət buraxılış imtahanı keçirilməyəcək.

Digər dəyişikliyə əsasən, orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir.
Diaspora