“Yay aylarında dövlət bağçalarının açılması nəzərdə tutulmur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.Təhsil naziri deyib ki, Operativ Qərargahın müvafiq qərarında ölkə ərazisindəki bütün təhsil müəssisələri nəzərdə tutulub və bu, mayın 31-dək dövrü əhatə edir: “Növbəti tədris ilinə qədər bağçaların da açılması nəzərdə tutulmur”.
C. Bayramov qeyd edib ki, dövlət bağçalarında çalışan müəllimlər və texniki işçiləri əmək haqlarını alırlar: “Prezidentin tapşırığına əsasən, Nazirlər Kabineti Tədbirlər Planı təsdiq edib, orada özəl sektora dəstək mexanizmi əksini tapıb. Vergi ödəyiciləri kimi qeydiyyatdan keçmiş özəl və fiziki şəxslərin, işçilərin əmək haqlarının ödənilməsi üçün dəstək verilir. Bu, özəl bağçaları da əhatə edir. İyunun ayının 1-dən məktəbəqədər təhsil müəssisələrin açılması barədə qərar yoxdur”.