Nazirdən “Son zəng”lə bağlı AÇIQLAMA

Nazirdən “Son zəng”lə bağlı AÇIQLAMA backend

"Orta məktəblərdə təhsil alan 11-ci sinif şagirdləri artıq yetkin şəxslərdir. İnanıram ki, onlar da mövcud duruma uyğun olaraq addım atacaqlar".

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib.

C.Bayramov qeyd edib ki, xüsusi vəziyyət olduğu üçün 11-ci sinifi başa vuran şəxslər də bunu nəzərə alaraq son zəng dərslərini təxirə salmalıdırlar.

Nazir gülümsəyərək qeyd edib ki, məktəblilər kreativ şəkildə “Son zəng”i onlayn şəkildə də edə bilərlər.

Musavat.com
Diaspora