“Məktəblərin açılması məsələsi epidemioloji vəziyyətdən asılıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.Onun sözlərinə görə, Operativ Qərargahın qaydaların yumşaldılması ilə bağlı qərarlarından asılı olaraq bu məsələyə də baxılacaq.
V. Qasımov deyib ki, qrup halında məşğələlərdə 10 nəfərdən çox şəxs olmamalıdır.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, fərdi kursların fəaliyyəti ilə bağlı da qaydalar hazırlanacaq.