"İmtahanların vaxtı açıqlanmazdan əvvəl sənəd qəbulunun qrafiki elan olunacaq”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib.M. Abbaszadə qeyd edib ki, 20 ildir, sənəd qəbulu onlayn aparılır: “Biz bilirik ki, onlayn sənəd qəbulunu aparanda vətəndaşlar evdə onlayn sənəd qəbulunda iştirak etmirdilər, məktəblərlə əlaqəli işləyirdik. Vətəndaşlara kömək üçün müəyyən məntəqələr yaradırdıq, kömək edirdik. Biz indi sənəd qəbulunu elan etsək, kiminsə kompüteri olmaya bilər. Burada ədalətli olmaq üçün dəqiq bilməliyik ki, hər bir insanın sənəd verməyə imkanı var”.
O bildirib ki, məktəblər açılan kimi sənəd qəbulu da başlayacaq: “Bu, elə-belə tarix deyil, bununla bağlı 1 həftə, 10 gün əvvəl sənəd qəbulu da nəzərdə tutulmalıdır. Sənəd qəbulunda bazanın formalaşdırılması, hansı regionda daha çoxdur, imtahanlar harada necə keçirilməlidir-hamısı müəyyən edilməlidir. Ölkədə epidemioloji vəziyyətə uyğun qərarlar veriləcək”.