Azərbaycanda qəbul imtahanları hansı formatda keçiriləcək? - AÇIQLAMA

Azərbaycanda qəbul imtahanları hansı formatda keçiriləcək? - AÇIQLAMA backend

“Qəbul imtahanlarının keçirildiyi formatda ola bilməsi sual altındadır. Bu da sanitar gigiyenik qaydalara uyğun keçirilməlidir”.

Qazilər.az “Report”a istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

M.Abbaszadə bu məsələ üzərində kollektivlərinin ciddi işlədiyini bildirib: “Onlar çalışırlar ki, mövcud şərait imtahanın keçirilməsinə əlavə təsir göstərməsin”.

DİM sədri xatırladıb ki, 1993-cü ildə imtahanlar payız ayında keçirilmişdi: “Düzdür, həmin vaxt ayrı şərait idi. Düşmənlərimiz təhsil sisteminin düzgün qurulmasına imkan vermirdi. Amma indi vəziyyət daha mürəkkəb məsələdir. Hesab edirəm ki, xalqımız bu vəziyyətdən sağlam şəkildə çıxa biləcək”.
Diaspora