Məktəblər nə zaman açılacaq? — AÇIQLAMA

Məktəblər nə zaman açılacaq? — AÇIQLAMA backend

Koronavirus pandemiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında tədrisin mayın 5-də başlaması nəzərdə tutulur.

Ancaq o da bəllidir ki, tədrisin başlaması vəziyyətdən asılı olacaq. Çünki ölkə başçısı da çıxışında bəyan edib ki, karantin rejimin sərtləşdirilməsi mərhələli tətbiq edildiyi kimi, aradan qaldırılması da mərhələli olacaq. Qeyd edək ki, koronavirus pandemiyası ilə bağlı mart ayının 3-də tətbiq edilən karantin rejiminə uyğun olaraq ilk bağlanılan təhsil ocaqları olduğundan, yəqin ki, ən gec fəaliyyətə başlayacaq sahə də təhsil sahəsi olacaq.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti İsa Həbibəyliyə müraciət etdik.

“Ölkə.Az”a açıqlamasında millət vəkili İsa Həbibbəyli Azərbaycan Prezidentinin karantin müddətinin uzadılması ilə bağlı verdiyi qərarı dəstəklədiyini və bunun vətəndaşlarımızın təhlükəsizliyi, sağlamlığının müdafiəsi naminə atılan addım kimi dəyərləndirib.

Tədrislə bağlı məsələyə gəldikdə isə İ.Həbibbəyli deyib ki, Təhsil Nazirliyi bütün imkanlardan istifadə edərək qısa zamanda onlayn tədris proqramını tətbiq etməklə tədrisi həyata keçirməyə başlayıb. “Artıq onlayn, distant tədris prosesi geniş tətbiq edildiyindən tədris proqramında gecikmə olmayıb. Hesab edirəm ki, tədris ilini qısa müddət artırmaqla tədris proqramını sıxlaşdırılmış qrafiklə başa çatdırmaq olar.

Bununla da boşluq aradan qaldırıla bilər. Mən belə düşünrəm, ancaq rəsmi qərar necə olacaq deyə bilmirəm. Amma tədris müddətinin vaxtı uzadıla bilər”- deputat deyib.

Deputat bildirib ki, vaxtdan səmərəli istifadə etməklə vəziyyətdən çıxmaq mümkün olacaq.

Mayın 4-dən sonra tədrisin başlanıb, başlanmayacağına gəldikdə deputat bildirib ki, bildiyiniz kimi təhsil müəssisələrində insan sıxlığı olduğundan koronavirusa yoluxma halları qeydə alına bilər: “Koronavirus infeksiyasina yoluxma halı yenidən təkrarlanmasın deyə, mərhələli qaydada tədricən tədrisi bərpa etmək olar”.

Ali təhsil ocaqlarında yay imtahanları ilə bağlı məsələyə gəldikdə İ. Həbibbəyli Dövlət İmtahan Mərkəzi imtahanların vaxtının uzadılması ilə bağlı məlumat verib: “Bu da təbii reallıqdır. Çünki insanların kütləvi şəkildə bir yerə toplaşması koronavirus pandemiyasının yayılmasına şərait yarada bilər. Düşünürəm ki, qısa müddətdə koronavirus bitəcək və imtahanlar təşkil olunacaq. Sözsüz ki, test sualları bir neçə ay əvvəl hazırlanır. Amma koronavirus uzun müddət davam edərsə, buna uyğun olaraq Dövlət İmtahan Mərkəzi öz test bankına müəyyən dəyişikliklər edə bilər. Amma yenə də düşünürəm ki, koronavirus qısa zamanda bitəcək və bunlara ehtiyac qalmayacaq”.
Diaspora