Cenevrə Universiteti koronovirusdan əziyyət çəkən tələbələrinə böyük miqdarda yardım ayırıb

Cenevrə Universiteti koronovirusdan əziyyət çəkən tələbələrinə böyük miqdarda yardım ayırıb backend

Avropa ölkələrində hökümətlərlə yanaşı bəzi universitetlər də öz tələbələrinə yardım kampaniyasına başlayıbdır.

Qaziler.az bildirir ki, İsveçrənin Cenevrə Universiteti epidemiya ilə əlaqədar ağır vəziyyətə düşən tələbələrinə 2 milyon isveçrə frankı (təxminən 2 milyon ABŞ dolları) məbləğinda yardım ayırıbdır. Məbləğ Cenevrə Universitetinin ümumi fondundan və Cenevrədə fəalliyyət göstərən elmə dəstək fondları tərəfindən (məhşur Schmidheiny fondu, digər filantropik fondlar və s.) ayrılmışdır.

Yardım əsasən 4 istiqamətdə verilir:

1. Gəlir itkisi ilə üzləşən və işini epidemiyaya görə itirən tələbələr bundan bəhrələnə bilər. Yardım epidemiyanın iqtisadi fəsadları bitənə qədər verilə bilər.

2. Koronovirusdan müalicə alan tələbələr üçün tibbi xərclər üçün.

3. Maddi imkanları olmayan tələbələrə kompüter, internet abunəsi, telefon haqqı ödəmək və s. üçün verilə bilər.

4. Mənzil yardımı isə çətin vəziyyətə düşən tələbələr üçün nəzərdə tutulur.

Dünyanın yaşayış üçün ən bahalı şəhərlərindən olan Cenevrədə yardımdam bəhrələnmək üçün artıq müraciətlərin sayı artıq 400-ü keçibdir.

Qeyd edək ki, Cenevrə Universiteti dünyanın ən çox xarici tələbələr olduğu universitetlərindən biri kimi 17 mindən çox tələbəyə təhsil verir.
Tural ƏLİYEV
Diaspora