Qəbul və buraxılış imtahanları onlayn keçirilsin - təklif

Qəbul və buraxılış imtahanları onlayn keçirilsin - təklif backend

“Həlli gözlənilən ən ciddi problem isə 9 və 11-ci siniflərin imtahanıdır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında səsləndirib.

O bildirib ki, hal - hazırda qüvvədə olan qərara görə, orta və ali məktəblər ən yaxşı halda 20 apreldə yenidən tədris prosesini bərpa edə bilər: “Nəzərə alsaq ki, 3 martdan etibarən ölkə ərazisində bütün tədris və bununla bağlı olan bütün fəaliyyətlər dayandırılıb, bu o deməkdir ki, geri qayıdanda kifayət qədər mövzu məsafəsi yarana bilər. Dərslərdə fasilənin yaranması daha çox 1-4-cü siniflərdə və 9-11-ci siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər. Belə ki, 1-4-cü siniflədə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və bu qədər tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər. Digər narahatlıq doğura bilən siniflər 9 və 11-ci siniflərdir. Belə ki, bu siniflərdə təhsil alanları buraxılış və qəbul imtahanları gözləyir.

Kamran Əsədov ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə ...

Düzdür, əvvəlcə aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarında şagirdlərin 1-ci sinifdən 11-ci sinfə qədər formalaşdırılmış səriştələrinin, bacarıqlarının yoxlanılması nəzərdə tutulur. Ölkədə tədris prosesində tətilin müddəti öncədən proqnozlaşdırıldığından da çox oldu. Belə ki, 4472 orta məktəbdə təhsil alan 1.5 milyon şagird, 51 ali təhsil müəssisəsində təhsil alan 165 min tələbə azı 60 gün kənarlaşacaqlar ki, bu da kifayət qədər uzun bir müddətdir. Həlli gözlənilən ən ciddi problem isə 9 və 11-ci siniflərin imtahanıdır”.

Azərbaycanda aprel ayındakı buraxılış imtahanları təxirə salındı ...

Ekspert hesanb edir ki, əgər pandemiya təhlükəsi uzanarsa, müəyyən proqram təminatı tətbiq edilməklə onlayn imtahanlar yolu ilə problemin həlli mümkündür: “ Belə ki, hər kəs mobil telefon, kompüter və planşet ilə şəxsi imtahan səhifəsinə daxil olub imtahan verə bilər. Burada ən ciddi narahatlıq kənar müdaxilə, köçürmə halları ilə bağlıdır. Bunun qarşısını almaq üçün öncə hər bir test tapşırığını müəyyən müddət daxilində cavablamaq imkanı verilməlidir. Misal üçün, 1 və ya 2 dəqiqə bir test tapşırığına cavablamaq üçün vaxt verilir və müddət bitdikdən sonra test tapşırığı ekrandan gedir və ona qayıtmaq olmur. İkinci, hər bir imtahan iştirkçısı face control (üz yoxlama) proqramına cəlb edilməklə imtahan verir və ekranda kənar üz, sima olarsa, avtomatik olaraq o test tapşırığına cavab vermək imkanı məhdudlaşdırılır”.

K.Əsədovun sözlərinə görə, üçüncü əsas məsələ səs kontrolu ilə bağlıdır: “Yəni imtahan iştirakçısı testin cavabını kəanr bir şəxsdən soruşmaq istədikdə, 2-ci bir əlavə səs yenə də testi cavablandırmaq imkanını aradan qaldırır. Burada yaranacaq problem hər kəsin lazimi avadanlıqla və internet ilə təmin olunması ilə bağlı problemdir. Nəzərə alsaq ki, ölkədə 4447 orta məktəb var və hər bir məktəbin kompüter otağı var, hər bir şagird məktəbə gedir, deməli, nəzəri olaraq onlayn imtahanın keçirilməsi mümkündür. Hətta bunun müsbət tərəfi də odur ki, imtahan iştirakçısı imtahanı bitirən kimi nəticəsi ekranda olacaqdır. Hesab edirəm ki, onlayn imtahanlarda təhlükəsizlik 100 faiz təmin olunacaq və heç bir kənar müdaxilə olmayacaq. “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram imtahan verənin yanında kənar şəxsi və səsi müəyyən edir, imtahan nəticələrini ləğv edir. Avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) bu işin öhdəsindən gələ bilər”.

Diaspora