Təhsil Nazirliyi şagirdlər üçün onlayn dərslərin keçirilməsi ilə bağlı müəllimlərə heç bir xüsusi tapşırıq verməyib.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.Onun sözlərinə görə, bu gün bəzi müəllimlər öz evində müəyyən proqramlardan istifadə edərək şagirdləri üçün onlayn dərslər keçir:
"Amma bununla bağlı tapşırıq verilməyib. Onlayn dərs keçmək müəllimlərin özünün şəxsi təşəbbüsüdür".