Azərbaycanda orta ixtisas təhsilini başa vuran şəxslərə subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi təklif olunur.
“Report”un xəbərinə görə, bununla bağlı “Təhsil haqqında” qanunun 21-ci maddəsinə (Orta ixtisas təhsili) dəyişiklik ediləcək.Dəyişiklik layihəsinə əsasən, orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq.
Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.