Azərbaycan-Gürcüstan birgə ali məktəbi Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşəcək.
Bu barədə Qaziler.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu təhsil müəssisəsində istənilən xarici ölkənin vətəndaşı təhsil ala biləcək: "Yəni burada kimlərinsə təhsil almasına məhdudiyyətlər qoyulmayacaq. Amma, əsasən, Gürcüstanda Azərbaycan icmasından olan tələbələr təhsil alacaq".
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
