BDU-dan açıqlama: Yayılan məlumatlar həqiqəti əks etdirmir

BDU-dan açıqlama: Yayılan məlumatlar həqiqəti əks etdirmir backend

Son günlər Bakı Dövlət Universiteti ərtafında bəzi şəxslər əsası olmayan informasiyalar verir, həqiqəti əks etdirməyən yalan xəbərlər yayırlar.

Diqqəti çəkən odur ki, bu informasiyaların heç biri BDU-da təhsilin və tədrisin, idarəetmənin keyfiyyəti ilə bağlı məlumatlar deyil. Daha çox bufet, yeməkxana tipli məsələləri qabardan şəxslərin qərəzi açıq şəkildə görünür.

Qaziler.az bildirir ki, bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün bəzi mətbu orqanlarda “BDU-nun yeməkxanasında qanlı olay – “Rektora yaxın gənc bıçaqlandı” başlıqlı yazı reallığı əks etdirmir.

Belə ki, xəsarət alan şəxs nə BDU-da təhsil alır, nə də ki, oranın əməkdaşıdır. Hadisə isə ümumiyyətlə BDU-nun inzibati binası daxilində və BDU-nun hər hansı bir yeməkxanasında baş verməyib. Hadisə BDU-nun yaxınlığında baş verib və xəsarət alanlara ilkin tibbi yardımı BDU-nun polikilinikası tərəfindən göstərilib.

BDU-nun polikilinikası təkcə universitetin müəllim və tələbə heyətinə deyil, ilkin tibbi yardıma ehtiyacı olan hər kəsə bu xidməti ödənişsiz olaraq göstərir.

Görünən odur ki, yaxın günlərdə 100 illik yubleyi qeyd olunacaq ölkəmizin ən böyük və qədim universitetində son 3 ay ərzində tədrisin və təhsilin, idarəetmənin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən islahatlar kimlərisə narahat edir.

BDU-da fəaliyyət göstərən yeməkxana və iaşə obyektlərinin heç birinin universitetin rektoru Elçin Babyev ilə əlaqəsi yoxdur və özəl iaşə təşkilatları ilə bağlanmış xidməti müqavilə ilə onlar tərəfindən bu xidmətlər həyata keçirilir.

Bütün jurnalistləri istənilən vaxt BDU-ya dəvət edirik və istənilən məlumatı, xəbəri yerində dəqiqləşdirmək, aydınlaşdırmaq imkanı yaradırıq.
Diaspora