Təhsil naziri Ceyhun Bayramov tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmr imzalayıb.
APA-nın xəbərinə görə, əmrə əsasən 2019-2020-ci dərs ilində tam orta təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin X-XI sinifləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.