İmtahanlardan 489 abituriyent xaric olunub - Rəsmi

İmtahanlardan 489 abituriyent xaric olunub - Rəsmi backend

Bu gün I və Iv ixtisas qruppları üzrə keçirilən imtahanlarda neqativ halların digər imtahanlarla müqayisədə azaldığı məlum olub. 1 abituriyent imtahan zalına mobil telefon keçirməyə cəhd edib.

Modern.az xəbər verir ki, Bu barədə Dövlət İmtahan Mərkəzinin imtahan sonrası təşkil etdiyi canlı yayımda mərkəzin sektor müdiri Adıgözəl Həbibov məlumat verib. O bildirib ki, proses təsdiqlənmiş qayda və tələblərə uyğun həyata keçirilib:

“Ənənəvi problemlər bir qədər azalsa da, onların yay imtahanlarında da davam etdiyini görürük.

Sənədlərin yerində olmaması, imtahan gecikmə ilə bağlı problemlər davam edir. Son anda şəxsiyyətini təsdiq edən sənədi itirənlər də oldu.İmtahana keçmiş illərə aid buraxılış vərəqəsini gətirən abituriyent də qeydə alındı. 1 abituriyent imtahana 2018-ci ildə iştirak etdiyi imtahanın buraxılış vərəqi ilə gəlmişdi”.

Onun sözlərinə görə qaydalara uyğun olaraq qadağan edilmiş əşyaların imtahan zalına daxil edilməsi halları bir qədər azalsa da, davam etməkdədir:

“Bu il keçirilən imtahanlarda 489 abituriyent mobil telefonu imtahan binasına keçirməyə cəhd edib. Onlar imtahandan xaric olunublar və nəticələri ləğv edilib. Bu imtahanda isə əmi 1 belə hal qeydə alınıb.

Sual kitabçalarının dəyişdirilməsi və davranış qaydalarının pozulması ilə bağlı informasiya isə daxil olmayıb”.
Diaspora