Bakıda keçiriləcək "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sabah bəzi universitetlərdə dərslər dayandırılacaq.
Azvision.az -ın məlumatına görə, yarışların keçiriləcəyi ərazidə yerləşən təhsil müəssisələrində cümə günü dərs olmayacaq.Artıq Azərbaycan Pedoqoji Universitetinin, Dövlət İqtisad Universitetinin əsas binasında və Qərbi Kaspi Universitetinin əsas korpusunda təhsil alan tələbələrə sabah dərsə gəlməmələri barədə tapşırıq verilib.
Qeyd edək ki, "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi 26 - 28 aprel tarixlərində keçiriləcək.