“Təhsil idarəçiləri elə bil, tum çırtlayıb dedektiv film izləyirlər” - Ekspertdən ağır ittihamlar

“Təhsil idarəçiləri elə bil, tum çırtlayıb dedektiv film izləyirlər” - Ekspertdən ağır ittihamlar backend

"175 nömrəli məktəbin direktoru Tural Elmioğlu və tanınmış aktyor Rza Rzayev arasında münasibətlər bir ilə yaxındır ki, gərgin idi. Səbəb məlum idi. Amma aidiyyəti üzrə əməli addım atmalı olan Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsi sadəcə olaraq izləyici mövqeyində qaldı”.

Bu sözləri BakuPost-a açıqlamasında təhsil eksperti Kamran Əsədov R. Rzayevin direktor Tural Mirzəyevi döyməsi məsələsinə münasibət bildirərkən deyib. O, sözügedən iki qurumu onları barışdırmamaqda ittiham edib: "Bu müddət ərzində təhsilin idarəçiləri bu iki şəxsi ağsaqqaları dəvət etməklə görüşdürüb aralarındakı problemi həll etməklə barışdırmalı idilər. Çünki problem gizli deyildi. Hər iki ziyalı bir birinə sosial şəbəkələr və mətbuat vasitəsi ilə açıq müharibə elan etmişdilər və bu onların bir-birinə fiziki zorakılıq edəcəyini qaçılmaz edirdi. Sadəcə olara kim dözümsüzlük nümayiş etdirsə, ilk o hücuma keçəcəkdi. Çünki hər iki tərəfin haqlı arqumentləri var idi”.

K. Əsədov deyib ki, iki vətəndaş arasındakı münasibətləri aidiyyəti qurumlar tənzimləyə bilmirsə, deməli günahkar onlardır: "İndiyə qədər qarşıdurma həll olunmalı idi. Təssüf ki, nəticə belə oldu.

Tural müəllim orta məktəblərə rəhbərlik edən, uzun müddət təhsildə olan, islahatçı bir ziyalıdır, Rza Rzayev də xalqını, millətini sevən, bütün imkanlarını sənət yolunda səfərbər edən, mərd şəxsdir. Düşünürəm, bu ifadələr çox məsələdən xəbər verir. Məhz bizim məktəblilər üçün Rza Rzayev müasir dövrün kişi qəhramanı olaraq nümunə gətirməli idi. Bizim məktəblər onu məktəblərə dəvət edib şagirdlərlə görüşdürməli idilər, özümüzün müasir qərəman obrazımız tanıtmalı, formalaşdırmalı idilər.

Dediyim kimi, məsələnin bu həddə gəlməsində günahkar təhsil idarəçilərinin barışdırcı mövqeydə olmamasıdır. Bu nə birinci faktdır, nədə sonuncu. Amma dərs almalı faktdır. Təhsil idarəçiləri təkcə təhsil verməməlidirlər, həmdə dərs almalıdırlar. Hansısa instident baş verəndə, tum çırtlayıb dedektiv film izləyirmiş kimi kənardan izləyici mövqeyində olmaq lazım deyil”.

Təhsil eksperti bunu ölkə məktəbinə, ölkə sənətinə vurulan zərbə kimi qiymətləndirib: "İndi Tual bəy məktəbə necə daxil olub rəhbərik edəcək? Belə çıxır ki, kimin istədiyi olmasa, gəlib Tural bəyi döyüb istədiyini edə bilər? Və ya, Rza bəy kimi haqqı tapdanan, hüququ qorunmayan ancaq zor tətbiq etməklə hüququnu qoruya bilər? Bunlar yaxşı nümunə deyil hörmətli TN və BŞTİ, inanın ki, yaxşı deyil.

Belə hadsələr insanların təhsilə inamını, etibarını aşağı salır, təhsilin nüfuzunu zədələyir. Bu müddət ərzində təhsilin ağsaqqalları susmalı deyildi . Ümid edirəm ki, bundan sonra susmayacaqlar. Yoxsa bu gərginlik yenə də davam edəcək. Mütləq hər iki şəxsi görüşdürüb barışıq əldə olunmalıdır”.
Diaspora