Azərbaycanlı arxeoloqların Beynəlxalq konfransda çıxışları maraqla qarşılanıb

Azərbaycanlı arxeoloqların Beynəlxalq konfransda çıxışları maraqla qarşılanıb backend

Beynəlxalq tədbir MDB üzvü olan ğılələrin Dövlətlər arası Humanitar Fondunun yardımı ilə “Çiqu” (“Çiqu” İssık-Gölün cənubunda suya qərq olmuş əfsanəvi şəhərin adıdır) tədris-metodiki muzey kompleksi İctimai Fondu tərəfindən təşkil edilmişdi.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a bildirilib ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun əməkdaşları – Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli və Çöl tədqiqatları sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev 17-23 sentyabr 2018-ci il tarixlərində Qırğızstan Respublikası İssık-Göl əyalətinin Çolpon-Ata şəhəri yaxınlığında, Çok Tal qəsəbəsində keçirilən Beynəlxalq Konfransda iştirak etmişlər. “İssık-Göl əyalətinin arxeoloji irsinin öyrənilməsi və mühafizəsi mədəni landşaft konteksində” mövzusunda MDB ölkələri arxeoloqlarının Yay Məktəbi tədbirinin yekun konfransında Rusiya Federasiyası, Azərbaycan, Polşa, Ukrayna, Moldova, Belarus, Qazaxstan, Tacikistan və Qırğızstan respublikalarından 32 mütəxəssisin – arxeoloq, etnoqraf, muzeyşünas və b.-nın məruzələri dinlənilmişdir.
Beynəlxalq tədbir MDB üzvü olan ğılələrin Dövlətlər arası Humanitar Fondunun yardımı ilə “Çiqu” (“Çiqu” İssık-Gölün cənubunda suya qərq olmuş əfsanəvi şəhərin adıdır) tədris-metodiki muzey kompleksi İctimai Fondu tərəfindən təşkil edilmişdi.

Konfransda B.İbrahimli “Sak mədəniyyətinin izi ilə”, T.Əliyev “Mil düzünün landşaftı və arxeoloji abidələri” adlı məruzə ilə çıxış etmişlər. Azərbaycanlı alimlərin son illərdə apardıqları arxeoloji tədqiqatların nəticələrinə həsr olunmuş məruzləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Bəhlul İbrahimli öz çıxışında Azərbaycandakı e. ə. VII-VI əsrlərdəki sak (iskit) çarlığının tarixindən, bu çarlığın antik dövrdə də öz müstəqilliyini (Strabona görə, Sakasena) qoruyub saxladığından, orta əsrlərdə də sakların bu ərazilərdə yaşamağa davam etdiklərindən (İbn-Xordadbehə görə, Askutiya) danışdı. Ən maraqlı məqam, 5 saylı Pazırık kurqanından (Rusiya Federasiyası, Altay MR) tapılmış xalça toxunuşlu yəhər altının və Xaraba Gilandakı 2 saylı türbənin (Azərbaycan Respublikası, Naxçıvan MR) sərdabəsindən aşkar olunmuş xalça toxunuşlu örtüyün naxışlarının identik olduğu haqqında məlumat idi. Bu abidələr arasında 1700 illik bir zaman fərqi var idi. Məlum olur ki, Altaylar, Mərkəzi Asiya və Cənubi Qafqaz qeyd olunan xronoloji çərçivədə eyni etnomədəni areala daxil olmuşlar.

Təvəkkül Əliyev öz məruzəsində Qarabağın bir hissəsini təşkil edən Mil düzündə erkən əkinçilik mədəniyyətinin meydana gəlməsindən, burada Son Tunc dövründən köçmə yaylaq maldarlığının formalaşmasından, Antik dövrdə və Orta əsrlərdə mövcud olmuş şəhərlərdən bəhs etmiş, Mil düzü abidələrində - Kamiltəpə, Üçtəpə, Nərgiztəpə, Örənqala, Qaratəpə və Qalatəpədə aparılan tədqiqatıar haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Məruzə zamanı göstərilən çoxsaylı slaydlar konfrans iştirakçılarına Azərbaycandakı arxeoloji abidələr, aparılan qazıntı işləri ilə yaxından tanış olmaq imkanı yaratmışdır.

Konfrans iştirakçıları İssık-Göl sahilində – Çolpon-Ata şəhəri yaxınlığındakı qayaüstü rəsmləri ilə tanınan Saymalu Taş, Çon-Sarıoy qəsəbəsi ətrafında, İssık-Golün cənubundakı sualtı arxeoloji abidələr, Karakol şəhərinə yaxın dağətəyi düzənlikdə yerləşən kurqan tipli Sak qəbirləri, Əmir Teymurla bağlı əfsanənin dolaşdığı San-Taş kurqanları, Orta əsr şəhər və karvansaranın qalıqları, beynəlxalq köçəri oyunlarının keçirildiyi Kırçın vadisi, İssık-Gölün cənub sahilində - Barskoon dərəsindəki Tamğa-Taş abidələri, Tosor etnoqrafik muzeyi, Köçərilərin mədəniyyət mərkəzi və başqa abidələr, muzeylərlə tanış olmuşlar.

Xatırladaq ki, 2018-ci il sentyabr ayının əvvəllərində İssık-Göl sahilində bir sıra ölkə idmançılarının iştirakı ilə “Beynəlxalq Köçəri oyunları” adlı tədbir keçirilmiş, burada türkdilli ölkələrin prezidentləri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etmişdir. Konfrans iştirakçıları həmin oyunların keçirildiyi yerdə – Kırçın dərəsindəki vadidə, “Köçərilərin Ümumdünya Oyunları” etnoqafik şəhərciyinə elmi səfər etmişlər.
Diaspora