Azərbaycanın son tunc-ilk dəmir dövrü tunc kəmərləri barədə tədqiqat əsəri nəşr edilib

Azərbaycanın son tunc-ilk dəmir dövrü tunc kəmərləri barədə tədqiqat əsəri nəşr edilib backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, arxeoloq, Gədəbəy Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Tükəzban Göyüşovanın müəllifi olduğu “Azərbaycanın tunc kəmərləri (son tunc — ilk dəmir dövrü)” monoqrafiyası nəşr edilmişdir.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Qaziler.az-a bildirilib ki, Azərbaycan, ingilis və rus dillərində olan elmi əsər Azərbaycanın son tunc-erkən dəmir dövrü qəbir abidələrindən tapılmış çoxsaylı və üzərində müxtəlif süjetli təsvirlərə malik tunc kəmərlərə həsr olunub.

Monoqrafiyada tunc kəmərləri təhlil edərək onların təsnifatı verilmiş, istehsal üsulu, funksiyası və semantikası geniş araşdırılmışdır. Tunc kəmərlərin üzərindəki təsvirlərin elmi təhlili müqayisəli araşdırmalar əsasında aparılmış, tunc dövrü tayfalarının dini-ideoloji, mifik təsəvvürləri, dünyagörüşü, ətraf aləmə münasibətilə bağlı fikirlər təhlil edilmiş, yeni mülahizələr irəli sürülmüşdür.

Tunc kəmərlərin kataloqu bu maddi mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə etməyə imkan verir.

Monoqrafiya arxeoloqlar, etnoqraflar, bütövükdə tarixçilər, incəsənətlə məşğul olan tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

Tükəzban Göyüşovanın monoqrafiyasının elmi redaktorları — tarix üzrə elmlər doktoru Hidayət Cəfərov və tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlıdır. Əsərin rəyçiləri — tarix üzrə fəlsəfə doktorları Təvəkkül Əliyev və Şamil Nəcəfovdur.

Monoqrafiya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şurasının 2018-ci il 18 aprel tarixli iclasının (6 saylı protokol) ilə çapa tövsiyyə olunub.
Diaspora