“Əkinçi” qəzeti 22 iyul 1875-ci ildən 29 sentyabr 1877-ci ilə qədər 56 sayı çap olunub.
Bunlardan 12 nömrə 1875-ci ildə, 24 nömrə 1876-cı ildə, 20 nömrə isə 1877-ci ildə işıq üzü görüb.“Milli Mətbuat Günü” ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən yeni məqalələr yaradib, mövcud olanları isə yenileyibler. Azərbaycan dilində olan Vikipediyanın, Vikikitabın və Vikimənbənin idarəçisi Araz Yaquboğlu da könüllülərin fəaliyyətinə dəstək olaraq Azərbaycanca Vikimənbədə “Əkinçi” qəzetinin bütün nömrələrini və ayrı-ayrı nömrələrdəki çap olunan müxtəlif başlıqlı məqalələri Vikimənbədə yerləşdirməklə “Milli Mətbuat Günü”nə töhfə verməkdədir.
Özü də “Laçın yurdu” jurnalında baş redaktorun müavini olan qələm dostumuz Araz Yaquboğlu başlatdığı bu işin artıq 30 %-ni görüb. İnanırıq ki o, 22 iyul “Milli mətbuat və Jurnalistika günü”nə kimi başlatdığı işi tamamlayacaqdır. (qəzetin nömrələrini bu linkdən oxuya bilərsiniz:
MİLLİ MƏTBUAT VƏ JURNALİSTİKA GÜNÜNƏ VİKİTÖHFƏ-VİKİPEDİYANI BURADAN İZLƏYİN
Elnur Eltürk