Yerdən kənarda həyat axtarışları XX əsrin 70-ci illərindən başlayıb. SETİ kosmosdan siqnalların qəbul edilməsi üzrə ən məşhur layihələrdən biridir.
Teleqraf.com xəbər verir ki, 2017-ci ildə ABŞ Müdafiə Nazirliyinin arxivindəki bəzi sənədlər işıq üzü görüb. Onların içərində 1998-ci il sentyabrın 15-də NASA-nın kosmosdan qəza siqnalı (SOS) qəbul etdiyi deyilir. Alimlər şifrələnmiş siqnalı açmaq üçün 2 ay çalışmalı olublar.Məlumatlara əsasən, siqnalı yerdənkənar inkişaf etmiş sivilizasiya nümayəndələri göndərib. Ancaq riyazi dilində olan bu mürəkkəb siqnalı açmaq çox vaxt aparıb.
SOS siqnalının bizim qalaktikanın xaricindən gəldiyi dəqiqdir. Ola bilsin ki, sözügedən sivilizasiya nüvə silahının (şifrəsi açılmış ismarıcın bəzi sətrlərinə əsasən) istifadəsi nəticəsində məhv olub. Onların həm də ölümcül xəstəliyin tələsinə düşməsi də mümkündür.