İnsanların əcdadı əslində meymunlar kimi gəzməyib - 4 milyon illik sirr çözüldü

İnsanların əcdadı əslində meymunlar kimi gəzməyib - 4 milyon illik sirr çözüldü backend

İnsanın təkamülü ilə bağlı əhəmiyyətli bir iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, Tanzaniyada tapılan ayaq izlərinin araşdırılması zamanı ortaya çıxıb ki, əslində insanların iki ayaq üzərində dik gəzmə prosesi 3,6 milyon il öncə başlayıb.

İnsanın əcdadlarının iki ayağı üzərində dik gəzməsi və ya meymunlar kimi əyilərək hərəkət etməsi elm aləmini hər zaman məşğul edən suallardan biri olub.

ABŞ-ın San Dieqo şəhərində təşkil edilən Eksperimental Biologiya Konfransı çərçivəsində Amerika Anatomistlər Dərnəyinin illik toplantısında təqdim edilən bir araşdırmaya görə, insanın iki ayaq üzərində yeriməyə başlaması ehtimal olunandan daha qədimə aiddir.

Təkamülçü antropoloq Devid Reyçlen ilə Arizona Universitetindəki həmkarlarının araşdırmasına görə, yaxın zamanda Tanzaniyanın Laetoli bölgəsində təsbit edilən 3,6 milyon illik ayaq izləri müasir insanın əcdadından da öncə yaşayan insan növünün iki ayaq üzərində gəzdiyinə işarə edir.

Bu ayaq izlərinə görə, insanlar, şimpanzelər, bonobolar və bütün bu canlıların növləri, əcdadları və soyu tükənmiş qohumlarının olduğu, sadəcə qorillalarla bunların soyu tükənən əcdadları və qohumlarının daxil edilmədiyi hominini qrupu bu gün bizim gəzdiyimiz kimi gəzib.

Bugünkü insanın aid olduğu Homosapiens növü isə ancaq 200-300 min il öncə ortaya çıxıb.
Diaspora