3 saniyədə enerji yığan smartfon - Azərbaycanlı məktəblidən layihə

3 saniyədə enerji yığan smartfon - Azərbaycanlı məktəblidən layihə backend

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Yüksək Texnologiyalar Parkının 23 nömrəli orta ümumtəhsil məktəbində “İdeyadan Biznesə” layihəsi çərçivəsində təşkil etdiyi təlimdə məktəbin şagirdi Riyad Orucov maraqlı ideya təqdim edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yeni smartfon layihəsinin dünyada bənzəri yoxdur. Belə ki, ideyanın reallaşdırılması zamanı mobil qurğu 3 saniyə ərzində tam olaraq cərəyan toplayacaq.

Bununla əlaqədar Yüksək Texnologiyalar Parkı tərəfindən ona texniki və metodiki dəstək, ideyasının müəllif hüquqlarının qorunması, ideyanın patentləşdirilməsi, biznes-plana çevrilməsi və yaxın zamanlarda prototipin beta versiyasının hazırlanmasına dəstək göstərilir. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb.

Riyad 2004-cü ildə Bakıda anadan olub. Mühəndislik və texnika ilə maraqlanır. O, 12 yaşında telefon üçün enerji mənbəyini öyrənməyə çalışarkən mobil qurğu əlində partlayıb və bu hadisə onun texnikaya marağının daha da artmasına səbəb olub. Boş vaxtlarında layihələr hazırlamağa başlayan Riyad ideyalarını inkişaf etdirərək gələcəkdə öz biznesini qurmaq istəyir.

Diaspora