Daha yadplanetlilərin gizlənməsi mümkünsüz olacaq - ABŞ elə bir kamera hazırladı ki...

Daha yadplanetlilərin gizlənməsi mümkünsüz olacaq - ABŞ elə bir kamera hazırladı ki... backend

Amerikalı araşdırmaçılar tərəfindən hazırlanan yüksək həssaslığa sahib bir kamera astrofiziklərin başqa qalaktikalardakı ulduzların ətrafında fırlanan planetləri birbaşa müşahidə etməsinə imkan yaradacaq.

Publika.az xəbər verir ki, "Qaranlıq" (Darkness) adı verilən bu kameranın uzaq dünyalardan gələn işığı toplaması son dərəcə həssas superkeçirici detektorlar sayəsində gerçəkləşəcək.

ABŞ Kaliforniya Universitetinin fiziki Ben Mazinin verdiyi məlumata görə, kameranı ərsəyə gətirən "Santa Barbara" mövcud optik və infraqırmızı teleskoplar, mobil telefon və rəqəmsal kameralarda olan eyni tipli yarımkeçirici detektorlu kameralardan istifadə edir.

Lakin solğun nəsnələri görüntüləməyi çətinləşdirən bu texnologiya üçün yarımkeçirici sensorlar müəyyən sərhədlər qoyur (uzaqdakı ulduzlar və ətraflarındakı planetlər kimi). "Qaranlıq" kamerasındakı yeni texnologiya isə superkeçirici detektorlardan qaynaqlanan problemi həll etmə ümid verir. Mazinin bildirdiyinə görə, bir elektron voltdan daha çox enerjiyə sahib tək bir fotonu bir yarımkeçirici detektora vurduğunda bir elektronu sərbəst buraxır:

"Superkeçirici bir detektorda beş min və ya on minə qədər elektron sərbəst qalır və ölçmək üçün daha çox elektron olanda yarımkeçirici detektorla edə bilməyəcəyiniz şeyləri edə bilərsiniz".

Professor "Qaranlıq" kamerasının "Mikrodalğa kinetik endüktan detektorlar" (MKİD) adı verilən yeni texnologiyasının son dərəcə aşağı - mütləq sıfırın yalnızca bir dərəcənin onda biri qədər temperaturda işlədiyini bildirib.

Platin silisiumdan hazırlanan superkeçirici maqnetik bir sahədə enerji depolayan elektrik birləşdirici olan bir induktor kimi davranır və bir oskillator (qeyri-mexanik vasitələrlə salınan elektrik cərəyanlarının və ya gərginliyin yaranması üçün cihaz) müəyyən bir tezlikdə siqnalı tanıyabilən elektrik dövriyyəsi yaratmaq üçün elektrik sahəsi formasında enerji toplayan bir kondensatorla birlikdə işləyir.

Həssaslığı sayəsində 10,000 piksellik "Qaranlıq" kamerası əks etdirdiyi işığı qəbul edərək ulduzların ətrafındakı planetlərin birbaşa müşahidə edilməsinə şərait yaradır.

Məşhur "Kepler" teleskopu da bir planetin qarşısından keçərkən ulduzun parlaqlığındakı işığı qəbul edərək "keçid texnikası" adı verilən dolaylı bir üsul sayəsində işləyir.

Professor Mazin bu texnikanı əla hesab etsə də, onun işləməsi üçün planetlərin böyük bir xətdə olmasını və keçidini görmək üçün ulduza ehtiyac olduğunu bildirib. Lakin ulduzların həmin xətdən keçidi nadirən baş verən hadisədir.

Qalaktikamızdan kənardakı planetləri müşahidə etmək üçün başqa bir metod isə ulduzun radial sürətindəki dəyişiklikləri – kiçik dalğalanmaları və orbitdəki bir planetin təsirini ölçür.

Professorun ehtimallarına görə, "Qaranlıq" tərəfindən istifadə edilən birbaşa görüntüləmə metodu ən dəyişkən planetləri tapa biləcək. "Qaranlıq" əslində planet və ulduzların bir fotosunu çəkəcək. Planetlərin spektorunu əldə etmək mümkün olsa da, bu çətin başa gələcək.

Kamera indiyə qədər San Dieqo yaxınlığında yerləşən "Palomar" rəsədxanasında yerləşən 5 metrlik "Heyl" teleskopunda 4 dəfə sınaqdan keçirilib. Kameranı istifadə edən heyətin öhdəsindən gəlməsi vacib olan ən böyük əngəl isə ulduzlarda Yer kürəsi atmosferinin pırıltılarının əks olunmasıdır. Mazin problemlə bağlı açıqlamasında bunları deyib:

"Parlaq bir işığın yanındakı kiçik bir işıq nöqtəsini axtarmağa çalışırıq. Ancaq atmosfer təkcə böyük bir ləkə ilə bulanıq hala gəlir. Atmosferdəki təhrifi aradan qaldırmaq üçün atmosferi ölçən və saniyədə 2000 dəfə güzgü dəyişdirən bir rezin güzgü ilə dağla qəbuledicisi olan optik sistemdən istifadə edirik".
Diaspora