“Azərbaycanca Vikipediya”da fəaliyyət göstərən idarəçilər, istifadəçilər tərəfindən istər “Azərbaycanca Vikipediya”da, digər dillərdə olan Vikipediyada ölkəmizlə bağlı maraqlı məqalələr yaradırlar.
Qaziler.az saytı bildirir ki. AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil edən Vikipediya təliminin iştirakçıları sistemli şəkildə məqalələr yaradırlar, yarımçıq qalmış məqalələri redaktə edib genişləndirirlər.AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk bu haqda öz Feysbuk səhifəsində bildirib: “Dostlar, Sizlərlə sevincli xəbəri bölüşmək istəyirəm. AXC-nin 100 illiyi ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən vikipediyada ümumilikdə 500 məqalə yaradılıb və redaktə olunub. Bəzi məqalələr də Şəms Tərcümə Mərkəzi tərəfindən tərcümə olunaraq könüllülərimiz tərəfindən xarici dilli vikipediyalarda yerləşdirilib.
AXC ilə bağlı uğurlu fəaliyyətimiz davam edir“.