2021-ci ildə Dünya buz dövrünə girəcək – ALİMLƏRDƏN XƏBƏRDARLIQ

2021-ci ildə Dünya buz dövrünə girəcək – ALİMLƏRDƏN XƏBƏRDARLIQ backend

Günəş ləkələrinin azalmağa başlaması onun solar minimum mərhələsinə girməyə hazırlaşdığını göstərir və bu, dünyanın mini buzlaqlaşma çağına girməsinə səbəb ola bilər.

Publika.az xəbər verir ki, alimlərin sözlərinə görə, Günəş hər 11 ildə bir solar maksimum və solar minimum mərhələsinə girir. Lakin solar minimum müddəti 11 ildən daha uzun olarsa, Dünyanı buzlaqlaşma təhlükəsi gözləyir.
Alimlər diqqəti 1600-cü illərə çəkərək Günəşin solar minimum müddətinin uzandığı və Dünyanın nə az, nə çox 70 il buz dövrünə girdiyini xatırladıblar. Bu dövr Maunder minimum adlanır.

Solar maksimum mərhələsində isə Günəş daha çox istilik yayır və bunun nəticəsində də Günəş ləkələrinin sayı artır. Maqnit dalğaların azaldıqca isə Günəşin istilik səviyyəsi də azalır.

Hazırda Günəş, solar maksimum mərhələsində yerləşir. Amma 2021-ci ildə Günəşin yaydığı istilik azalacaq və buz dövrü başlayacaq.

Alimlər bu il Günəş ləkələrinin ötən ilin bu dövrünə nisbətən 60 faiz azaldığını müəyyən ediblər.

ABŞ Milli Okean və Atmosfer İdarəsi Günəş ləkələrinin təxmin edilən normalardan daha sürətli şəkildə azaldığını açıqlayıb. Belə ki, Günəş ləkələri ilə bağlı ilk məlumat 1755-ci ildə aparılan tədqiqatlar zamanı bəlli olub. Bu səbəblə 1755 il Günəş ləkələri üçün yeni era hesab olunur.

Cari ilin aprel-may aylarında Günəş ləkələrinin sayı təxminən 15 dəfə azalıb.

Sonuncu dəfə Dünyanın buz dövrü mərhələsi 1645-ci ildə başlayıb 1715 ildən sona çatıb. Bu müddət ərzində Günəş ləkələrinin sayında ciddi azalmalar olduğu güman edilir. Bu dövrdə dünyada temperatur orta hesabla 1.3 dərəcə azalır, fəsillərin müddəti azalır və geniş miqyaslı qıtlıq başlayır.

Meteoroloqlar bildiriblər ki, Günəşin fəallığının azalması dünyadakı iqlim və hava temperaturunun dəyişməsinə, bəzi təbiət hadisələrinin artmasına, eləcə də Yer atmosferinin üst təbəqəsinin daha çox zərər görməsinə gətirib çıxaracaq.

Bu eyni zamanda insan orqanizmi üçün təhlükəli ola biləcək bakteriyaların yer üzünə gəlməsi ilə nəticələnəcək. Bu zaman canlı orqanizmlərin kütləvi şəkildə məhv olma təhlükəsi də yaranır.

Diaspora